Zelenski: "Rüşvətxoru ifşa et, 10% mükafat al"


Ukrayna prezidenti Vladimir Zelenski korrupsiya ilə bağlı yeni qanun layihəsi hazırladıqlarını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə V.Zelenskinin mətbuat katibi Ruslan Ryabaşabki məlumat verib.
Hazırlanan yeni qanun layihəsində korrupsiya və korrupsiya ilə əlaqəli cinayətlər barədə məlumat vermə üsulları və qaydaları tənzimlənir. Qaydalara əsasən hər bir ukraynalını rüşvətə cəlb edən şəxs barəsində lazımi orqanlara məlumat verən şəxs tələb olunan rüşvətin 10%-ni mükafat kimi alacaq.
Bildirilir ki, bu qanun korrupsioner vəzifəli şəxsləri ifşa etməkdə ən effektiv üsul olacaq.

DİGƏR XƏBƏRLƏR

Top