Rusiyada şəhərə daxil olan 4 ayı insanlara qorxu dolu anlar yaşadıb – VİDEO

Rusiyada şəhərə daxil olan ayılar şəhəri bir-birinə qatıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Kamçatka yarımadasının Yelizovo şəhərində baş verib. Belə ki, ana ayı və 3 balası şəhərə daxil olaraq insanlara qorxu dolu anlar yaşadıb. Ayıları görənlər dərhal polisə xəbər veriblər. Ayıları tuta bilməyən polislər isə xüsusi radio tezliyi ilə onları qorxudaraq Avaça çayına tərəf yönəldiblər.
Rusiya Daxili İşlər Nazirliyi, təhlükəsizlik kameralarına düşən görüntülərlə bağlı açıqlama verərək, ayıların şəhərin uzaq bir nöqtəsində nəzarət altında saxlanıldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top