Ağır çanta altında qalan məktəblilər – Düzgün məktəb çantaları necə seçilməli?


Yeni dərs ilinin başlanmasına artıq sayılı günlər qalıb. Bu ərəfədə həm valideynlər, həm də uşaqlar həyəcanlı olur. Azərbaycanda uşalar məktəb həyatına ilk adımlarını 6 yaşında atır. Müasir təhsil metodumuzda dərsliklərin çoxluğunu nəzərə alan valideynlər çanta seçimində diqqətli olmalıdırlar. Çünki, düzgün çanta seçilmədikdə uşaqlarda müxtəlif dərəcəli xəstəliklər yarana bilər.
 
Bəs düzgün çantanı necə seçməli?
 
Yeniavaz.com beynəlxalq təcrübələrə və qəbul olunan prinsiplərə əsasən düzgün çantanın necə seçilməsini təqdim edir:
 
Dünya mütəxəssislərinin qəbul etdiyi qaydaya görə, düzgün çanta seçimi hər bir uşağın çəkisindən 10 faiz çox olmamaq şərti ilə seçilməlidir. Yəni, 40 kq çəkisi olan uşağın çantasının ağırlığı 4 kq olmalıdır. İçərisi boş olan çantanın çəkisi isə 700 qram qəbul edilib. Çox təəssüf ki, valideynlər bu kimi qaydalara əməl etmirlər. Onlar daha çox ən son model və bahalı çantalara üstünlük verirlər. Amma nəzərə almaq lazımdır ki, bu uşaqların sağlamlığı üçün olduqca təhlükəlidir.
Məlumata görə, 6-8 yaşınadək olan uşaqların çantalarının ağırlığı 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlarda ən çox 4, 12-15 yaş uşaqlarda isə 5 kilo olmalıdır. Lakin bu zaman çantanın götürülmə müddətinə diqqət etmək lazımdır. Əgər uşaq uzun yol gedirsə bu zaman çantanın daşınmasında kömək edilməlidir. Bundan əlavə, kürək çantaları mütləq hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.
Ağır çantalar hansı xəstəliklərə səbəb olur?
Ağır məkəktəb çantaları get-gedə uşaqlarda bel və onurğa kimi ciddi xəstəliklər yaradır. Bu xəstəliklər daha çox 8-12 yaş aralığında olan uşaqlarda rast gəlinir. Belə ki, ciddi bel ağrıları, skolioz, kifoz, bəzən nəfəs darlığı kimi xəstəliklər yaranır.
 
 Çanta alarkən nələrə diqqət etmək lazımdır?
1. Çanta alarkən mütləq çanatnın ağırlığına (içərisi boş) diqqət etmək lazımdır. Nəzərələ almalısınız ki, uşaqların su qabı və dərslikləri də bu çəkini artıracaq.
2. Bel hissəsinin 5 santimetr yuxarısına qədər olan çantalara üstünlük verin. Beldən aşağı olan çantalar daha çox ağırlıq yaradır.
3. Təkərləri olan çantalara da üstünlük verməkdə fayda var.
4. Çanta alarkən uşağın belinə tam uyğunlaşmasına və çantanın bel kəmərlərinin olmasına fikir vermək lazımdır.
Araşdırma nəticəsində məlum olmuşdur ki, 1-ci sinfdə uşaqlar 9 fənn keçsələr də onlardan 5-nin kitabı var. Azərbaycan dili və Riyaziyyat fənni olar arasında ən ağır olanıdır. Yəni bu çəki, hər bir kitabın çəkisi 2 kq-dır. Məhz bu iki kitabın çəkisi 4 kq edir, bu da qəbul edilmiş maxsimum çəki deməkdir. Digər fənləri, iş dəftərlərini, qələm və başqa ləvazimatları nəzərə alsaq bu çəki 7 kq-a qədər gəlib çatır. Əlbəttə ki, bu da 1-ci sinif şagirdi üçün olduqca çoxdur.
Qeyd edək ki, Rusiyanın çanta ağırlıqları ilə bağlı qərarına əsasən 1-ci və 2-ci sinif şagirdlərinin kürək çantasının çəkisi 1,7 kq-dan, 3-cü və 4-cü sinif şagirdlərinin kürək çantasının ağırlığı ilə 2,2 kq-dan çox olmamalıdır. 9-11-ci sinfə qədər olan məktəblilərin çantasının ağırlığı isə maksimum 4 kq-a qədər ola bilər.
Valideyn uşağın belinə tam uyğunlaşmasına və çantanın bel kəmərlərinin olmasına fikir verməlidir.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top