Türkiyədə İmamoğluna görə polkovnik vəzifəsindən kənarlaşdırıldı - FOTO


Türkiyədə Anıtqəbirin (Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün movzoleyi) komandiri Əkrəm İmamoğluna görə vəzifəsindən kənarlaşdırılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, polkovnik Cüneyt Rakuntun vəzifəsindən kənarlaşdırılmasına səbəb İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun 31 martdakı bələdiyyə seçkilərindən sonra mandatını almadan Anıtqəbiri ziyarət etməsi olub. Ə. İmamoğlu bu zaman movzoleydəki xatirə dəftərini imzalayarkən özünü bələdiyyə sədri kimi təqdim etmişdi.
Bundan sonra prezident Rəcəb Tayyib Ərdoğan bu hala etiraz edərək C. Rakuntu ittiham etmişdi.
Qeyd edək ki, polkovnik hazırda Müdafiə Nazirliyinin qərargahında fəaliyyətini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top