Məşhur repçi Abdurrauf Derradjinin konsertində faciə baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Cəzayirdə repçi Abdurrauf Derradjinin konsertində izdiham yaşanıb. Nəticədə 5 nəfər dünyasını dəyişib, 21 nəfər isə ağır yaralanıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb. Ölənlərin olmasına baxmayaraq kosert davam edib. Konsertin davam etməsi sosial şəbəkədə ağır tənqid edilib.