Bakının taxta bazarında altıdan çox obyekt yanır, digərlərinə də keçir - YENİLƏNİB - VİDEO

 

Səhiyyə Nazirliyi Nərimanov rayonundakı taxta bazarının tyanması ilə bağlı məlumat yayıb.

Təcili tibbi yardıma çağırış saat 15:12 də daxil olub:

"Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. Hələlik təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat verəcəyik".

***15:57

Bakıda taxta bazarında yanğın davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 20-dək yanğınsöndürmə maşını cəlb olunub.

Hazırda altıdan çox obyekt yanır. Yanğın yaxınlıqdakı obyektlərə də keçir.


***15:35

Bakıda yanğın başlayıb.

Yanğın Nərimanov rayonunda, Dərnəgül ərazisində yerləşən taxta bazarında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə biriqadası cəlb olunub.


(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top