"Babək"də içməli su borusu partladı, yolu su basdı - FOTO


Bakının Nizami rayonunun Babək prospektindən keçən hissəsində içməli su borusu partlayan əraziyə Azərsu ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunub.

ASC-dən  verilən ilkin məlumata görə, həmin ərazidən ayrı-ayrılıqda 3 su borusu keçir. Əlavə edilib ki, yüksək təzyiqlə su axdığından dəqiq olaraq hansı borunun partlamasını dəqiq müəyyənləşdirmək mümkün deyil. Bu, suyun tam kəsilməsindən və aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

APA

DİGƏR XƏBƏRLƏR

Top