Vurulan uşağı xəstəxanaya apararkən qəzaya düşdü, özü və uşaq öldü - TƏFƏRRÜAT

Quba rayonunda baş verən qəzanın təfərrüatları bəlli olub.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.

Nəticədə, 3 uşaq atası oilan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.

Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top