Qəyyum təyin edilən vali bələdiyyə məclisini buraxıb


Türkiyədə Van vilayətinin bələdiyyə sədri Bedia Özgökcə Ərtanın yerinə qəyyum təyin olunmuş Mehmet Əmin Bilməz bələdiyyə məclisini buraxıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qərarla bütün səlahiyyətlərini itirən Van bələdiyyə məclisinin vəzifələrini isə 10 nəfərlik idarə heyəti icra edəcək.
Van Böyükşəhər Bələdiyyəsi Məclisində 31 martda keçirilən seçkilərin nəticələrinə əsasən HDP-dən (Xalqların Demokratik Partiyası) 44, AKP-dən (Ədalət və İnkişaf Partiyası) isə 27 millət vəkili fəaliyyət göstərirdi.
Qeyd edək ki, avqustun 19-da Türkiyənin Daxili İşlər Nazirliyi terror təşkilatlarına qeyri-qanuni dəstək verməkdə təqsirləndirilən Van, Mardin və Diyarbəkir vilayətlərinin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alındığını bildirmişdi. Onların yerinə isə müvafiq vilayətlərin valiləri Qəyyum təyin edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top