Əfqanıstanda toy yasa çevrildi – 80 ölü, 160 yaralı


Əfqanıstanda toyda baş verən partlayış nəticəsində 80 nəfər dünyasını dəyişib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əfqanıstanın paytaxtı Kabildə keçirilən toyların birində baş verib. Əfqanıstan Daxili İşlər Nazirliyinin şərhçisi Nasrat Rahimi hadisəyə münasibət bildirərək ölü sayının 63-dən 80-ə çatdığını, 160-dan çox yaralı olduğunu bildirib.
Bildirilir ki, hadisəni terror təşkilatı “DEAŞ” öz üzərinə götürüb. Terror hadisəsindən sonra şəhərdə 25 toy təxirə salınıb.

DİGƏR XƏBƏRLƏR

Top