Uruqvay prezidenti Tabare Vasqesdə bədxassəli şiş aşkarlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı özü bu barədə jurnalistlərə açıqlama verib. Ağ ciyərində bədxassəli şiş olduğunu deyən dövlət başçısı özünü yaxşı hiss etdiyini qeyd edib.
Qeyd edək ki, 3 həftə öncə infarkt keçirərək həyat yoldaşını itirən dövlət başçısının bacısı da xərçəng xəstəliyindən dünyasını dəyişib. 79 yaşlı T.Vasqes vəzifəsini 2020-ci ilin mart ayında bitirəcək.