Qaraciyər yağlanması – BU VƏRDİŞLƏRDƏN UZAQ DURUN


Günümüzdə ən çox rastlanan xəstəliklərindən biri də qaraciyər yağlanmasıdır. Bu xəstəlik özüylə bərabər bir çox xəstəliklərə: civzə, akne, şişkinlik və iltihaba səbəb olur.

Yeniavaz.com qaraciyər yağlanmasının ilkin əlamətlərini təqdim edir:

Qaraciyər bədənin zəhərli toksinlərdən təmizlənməsinə köməkçi olan orqanlardan biridir. Zərər gördüyü halda orqanizmdə qaraciyər yağlanması kimi ciddi xəstəliklər yaranır. Buna görə də mütəxəssislər qaraciyərin funksionallığını artırmaq üçün orqanik və sağlam qidaları istehlak etməyi məsləhət görürlər. Xüsusilə trans yağ və karbohidratlarla zəngin olan qidalar qaraciyərin deformasiya olunmasının ehtimalını artırır. Qaraciyər yağlanması xəstəliyinin erkən diaqnozu olduqca çətindir. Bu xəstəlik insan orqanizmində olduqca gizlin irəliləyir. Xəstəlik müalicə edilmədiyi təqdirdə, iltihablı qaraciyər yağlanması, hepatit və serroz kimi xəstəliklərin yaranma riskini artırır. Bu xəstəliyin yaranmasının başlıca səbəbləri düzgün qidalanmamaq, sürətli şəkildə arıqlayıb, kökəlmək, “fast-food” qidaların mütəmadı istifadəsi, siqaret, spirtli içki qəbulu və bəzi dərman preparatlarının əks təsiri ola bilir.

Əlamətləri:

- Qaraciyər yağlanmağa başladıqda qarının aşağı hissəsində şiddətli ağrılar yaranır;

- Anidən arıqlamaq, gücsüzlük və yaddaşsızlıq halları baş verir;

- Dəri deformasiyaya uğrayır yəni, üzdə normadan artıq akne və civzələr yaranır;

- Yaddaşsızlıq yaranır;

- Tərləmə zamanı spesifik qoxu yaranır. Eyni zamanda bədəndə ki, toksinlər artdıqda nəfəsdən pis qoxu gəlir;

- Ürək bulanma və gözdə olan qızartılar da bu xəstəliyin əlamətlərindəndir.

İlk növbədə qeyd etmək lazımdır ki, qaraciyər yağlanmasını dərman-preparatları tam olaraq müalicə etmir. Bu xəstəliyin qarşısını almaq üçün mütəxəssislər gün ərzində 1 fincan şəkərsiz qəhvə içməyi məsləhət görürlər. Bundan əlavə, bu xəstəlikdən əziyyət çəkənlər həyat tərzini dəyişməli, bol miqdarda su istehlak etməli, meyvə-tərəvəzdən mütəmadi istifadə etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top