Elektron siqaretin dəhşətli zərərləri aşkar edildi


ABŞ-da aparılan araşdırmada elektron siqaretin qan damarlarına mənfi təsir etdiyi öyrənilib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da dərc edilən "Radiology" jurnalında elektron siqaretin zərərləri ilə bağlı yeni araşdırma yer alıb. Məqalədə bildirilib ki, araşdırmaçılar elektron siqaretin bir qullabının belə qan-damar sisteminin funksiyalarına mənfi təsir göstərdiyini söyləyib. Mövzunu araşdıran alimlərdən Feliks Verlinin sözlərinə görə, elektron siqaretdən istifadə zamanı qan damarları bir neçə saniyəlik fərqli işləməyə başlayır. Bu hal daha sonra normala qayıtsa da uzun müddət elektron siqaret çəkən şəxslərdə bəhs edilən xəstəlik qalıcı ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top