3 ailə savaşdı - 5 nəfər öldü, 8 nəfər ağır yaralandı


Türkiyədə ailələrin qarışdığı kütləvi dava faciə ilə nəticələndi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbakırda bir ailə Gülşən Poyrazı gəlin verdiyi ailədən geri almaq istəyiblər. Bu səbəblə evlərinə gələrək mübahisə etməyə başlayıblar. Qısa mübahisədən sonra tərəflər arasında dava böyüyüb. Qohum olduqları iddia edilən digər bir ailənin da qarışması ilə silahlı hücum baş verib. Nəticədə 5 nəfər öldürülüb, 8 nəfər isə ağır yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top