İrlandiyada müsəlman qız uşağı hücuma məruz qalıb - VİDEO


İrlandiyanın Dundrum qəsəbəsində 14 yaşlı müsəlman qız uşağı radikal qrup tərəfindən irqçi hücuma məruz qalıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, qıza hücum edən dəstə ilk olaraq onu yerə yıxaraq döyüb, daha sonra üzərinə yumurta ataraq başındakı hicabı çıxardıblar.
Hücuma məruz qalan qız hadisəni öz telefonunun kamerası ilə çəkə bilib.
Məsələnin nəzarətə götürüldüyünü bildirən İrlandiyanın Mədəniyyət Naziri Josefa Madiqan deyib: "İnanıram ki, tezliklə ədalət yerini tapacaq və cinayətkarlar tutulacaq. Dünən Dundurumda olan hadisəni şiddətlə qınayıram".

DİGƏR XƏBƏRLƏR

Top