Mingəçevirdə DYP avtomobili 2 "VAZ"la toqquşdu - 3 yaralı var


Mingəçevirdə yol polisinə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Yeniavaz.com xəbər verir ki, şəhərin M.Maqomayev prospektində "VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ 2107”-də olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top