Hərbi pilot Rəşad Atakişiyev dəfn edilib - FOTO - YENİLƏNİB


Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Vida mərasimindən sonra R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

**11:20

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.

Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutan vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.


***09:55

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başa çatıb.

Yeniavaz.com xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindən götürülən cənazə rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılıb.


***09:07
Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu, polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Yeniavaz.com xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb.

Yaşadığı ünvandan götürülən Rəşad Atakişiyevin cənazəsi rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılacaq.



DİGƏR XƏBƏRLƏR

Top