FHN: Qubada dağlıq ərazidəki yanğın söndürülüb


Fövqəladə Hallar Nazirliyi Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülməsi barədə məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin saytında qeyd olunub.

Bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və Rayon polis şöbəsinin əməkdaşları yanğının qarşısını alıb.

Yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötükləri yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.​

DİGƏR XƏBƏRLƏR

Top