Azərbaycanlılar Türkiyədən hər gün 3 mənzil alıblar - RƏSMİ


Bu ilin ilk 7 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 623 mənzil, iyul ayı ərzində isə 92 mənzil alıblar. 
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2018-ci ilin yanvar-iyul aylarında azərbaycanlılar Türkiyədən builkindən 136 mənzil az - 487 mənzil satın alıblar. Bu ilin iyul ayında isə azərbaycanlılar Türkiyədən 92 mənzil satın alıblar və bu ötən ilin iyul ayındakı göstəricidən təxminən 19 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 7 ayı ərzində Türkiyədən ümumilikdə 24 min 410 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 581 mənzil çox olub.
İyul ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, İran, Küveyt, Rusiya, Əfqanıstan, İordaniya, Yəmən, Almaniya, Fələstin, İngiltərə, Misir və Azərbaycan vətəndaşları üstünlük təşkil edib.
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top