Son 7 ayda Azərbaycanın bu rayonunda işsizlərin sayı 227 dəfə artıb


Bu ayın əvvəlinə olan məlumata görə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 60 min 651 nəfər olub, onların 35,8 faizini qadınlar təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, rəsmi işsiz statusu verilən şəxslərin sayı bu ilin əvvəlindən ötən 7 ay ərzində 3 dəfə artıb. Belə ki, bu ilin əvvəlində məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20 min 88 nəfər olub.
İşsizlik müavinətinin orta məbləği 229,1 manat olub və ilin əvvəli ilə müqayisədə 33 manat çox olub. İşsizlik müavinəti alanların sayı isə son 7 ay ərzində 34,5% və ya 386 nəfər azalıb.
Qeyd edək ki, işsiz statusuna malik insanların təxminən yarısı - 27 min 548 nəfəri Bakı şəhərinin payına düşüb və bu il ərzində 18 min 305 nəfər artıb.
İşsizlərin sayı ən kəskin şəkildə Daşkəsən rayonunda artıb. Bu rayonda işsiz statusuna malik insanların sayı son 7 ayda 227 dəfə artaraq 3 nəfərdən 682 nəfərə yüksəlib. Şəmkir rayonunda işsizlik müavinatı alan şəxslərin sayı isə 13 nəfərdən 6 nəfərə düşüb.
Bundan başqa Salyan rayonunda işsizlərin sayı son 7 ayda 14 dəfə artaraq 93 nəfərdən 1278 nəfərə, Şəmkir rayonunda isə 12 dəfə artaraq 302 nəfərdən 3 min 693 nəfərə yüksəlib. Şəmkir rayonunda işsizlik müavinatı alan şəxslərin sayı isə 13 nəfərdən 6 nəfərə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top