Əməkdar artist intihar etdi - Rusiyada

Rusiyanın əməkdar artisti Mixail Romanov 68 yaşında intihar edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.

Məlumata görə, musiqiçinin həyat yoldaşı cəsədini Sankt-Peterburqdakı evlərinin yaxınlığında tapıb. Qeyd olunur ki, M.Romanov ruhi xəstəlikdən əziyyət çəkib, buna görə də sənətdən uzaqlaşmağa məcbur olub. 

Qeyd edək ki, Mixail Romanov rus truba ifaçısı və musiqi müəllimi olub. O, 2002-ci ildə Rusiyanın əməkdar artisti adına layiq görülüb və 2003-cü ildə Sankt-Peterburq Konservatoriyasında dərs deməyə başlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top