Son 14 ildə manatın xarici valyutalar qarşısında dəyəri necə dəyişib? - SİYAHI


Yeni manatın tədavülə buraxıldığı 2006-cı ilin ilk iş günündən dünənki tarixə kimi, yəni 13 il 7 ay 18 gün ərzində ABŞ dollarının nominal dəyəri milli valyutamız qarşısında 85% artıb.
Yeniavaz.com xəbər verir ki, 2006-cı ilin əvvəlində 1 dollar 0,92 manata bərabər olduğu halda dünən 1,7 manat olub.
Son 13 il 7 ay 18 gün ərzində avronun nominal dəyəri manat qarşısında 72% (1,09 manatdan 1,88 manata), funt-sterlinq 31% (1,58 manatdan 2,07 manata), Gürcüstan larisi isə 12% (0,51 manatdan 0,58 manata) bahalanıb.
Bu dövr ərzində Türkiyə lirəsinin nominal dəyəri manat qarşısında 56% (0,68 manatdan 0,30 manata), Rusiya rublu 19% (0,032 manatdan 0,026 manata), Qazaxıstan tengəsi isə 36% (0,0069 manatdan 0,0044 manata) dəyərdən düşüb.
 
 

DİGƏR XƏBƏRLƏR

Top