Tanınmış teleaparıcı Vilayət Eyvazova müraciət etdi: "Tarqovı" biabırçılıqdı, əncam çəkin


Tanınmış teleaparıcı Nəsimi Nəbizadə feyzbuk vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Yeniavaz.com xəbər verir ki, o müraciətində Bakının "Tarqovı" adlanan ərazisi ilə bağlı  gileylənib: "Cənab nazir, hörmətli Vilayət Eyvazov. Sizin kimi peşəkar və təcrübəli, savadlı və müasir nazirimiz var… Və siz Naxçıvan torpağındansız. O gözəl və qeyrətli torpaqdan… Azərbaycanın böyük torpağından… “Tarqovı” biabırçılıqdı. Ora əl gəzdirin. O park Bakının vizit kartıdı. O cür olmalı deyil ora… Əncam çəkin, göz qabağıdı… Biz o cür deyilik axı… Bizim polisimiz bizi hər mənada qorumalıdır axı...".
Teleaparıcının yazdığı fikrə bildirilən şərhlər isə onu göstərib ki, teleaparıcının gileyləndiyi əsas məsələ son zamanlarda Bakıya axın edən ərəb turistlərin bir çoxları tərəfindən qeyri-etik qəbul edilən hərətləridir.

DİGƏR XƏBƏRLƏR

Top