Davudoğlu və Güldən bələdiyyə sədrliyinə qəyyum təyin olunmasına ETİRAZ


Son vaxtlar adları tez-tez yeni siyasi partiyanın yaradılması ilə hallanan Türkiyənin sabiq xarici işlər və baş naziri Əhməd Davudoğlu və eks-prezident Abdullah Gül bu gün ölkədə 3 böyük şəhərin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alınmasına etirazlarını bildiriblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ə. Davudoğlu Van, Diyarbəkir və Mardin bələdiyyələrinə yeni qəyyumlar təyin edilməsinin demokratiyaya zidd olduğunu bildirib.
Sabiq baş nazir "Twitter"də məsələ ilə bağlı bəzi açıqlamalar edib: "Seçkilərlə gələnlərin seçkilərlə getməsi milli iradənən əsas tələblərindən biridir. Əgər namizədlərin seçkilərdə iştirakı qanunsuzdursa bunu YSK (Türkiyənin Ali Seçki Qurumu) əvvəlcədən bəyan etməlidir. Əlbəttə seçkilərdən sonra görülmüş qanunsuz iş varsa yenə də tədbir görülməlidir ancaq bu da qanunlar çərçivəsində olmalıdır.
Əsas olan seçmək və seçilmək hüququdur. Bu qərar daxili rifaha heç bir müsbət təsir göstərməyəcəyi kimi, terrorçuluqla mübarizəni də zəiflədə bilər. Terrorçuluqla mübarizədə ən optimal üsul, demokratiyanı qandallamaq deyil, xalqın inamını qazanaraq semkilərdə qalibn gəlməkdir ".
Ölkənin XI prezidenti Abdullah Gül də eyni sosial şəbəkədən açıqlama verərək yeni seçilmiş bələdiyyə sədrlərinin "bu üsulla" vəzifədən uzaqlaşdırılmasının demokratiya üçün doğru addım olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top