Əri tərəfindən yandırılan ana da öldü...


Ötən gün Şəmkir rayonu Sarıtəpə kəndində həyat yoldaşı tərəfindən yandırılan qadın ölüb.

Bu barədə Yeniavaz.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əri tərəfindən yandırılan və bədəninin 70 % (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qaıdın həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 6.20 aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bədəninin 55% (4 cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan 54 yaşlı qadının vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyinə görə, onun həyatı təhlükə altındadır.

Qeyd edək ki, ötən gün Şəmkirin Sarıtəpə kəndində yerli sakin ailə münaqişəsi zəminində keçmiş qayınanasına məxsus evi yandırıb. Yanğın zamanı evdə onun 24 yaşlı boşandığı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qadın olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Hadisənin Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov tərəfindən törədilməsi müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top