Əkrəm Əylisli: "Bakıya gəlməzdən 10 gün əvvəl mən Heydər Əliyevlə 4 saat söhbət eləmişəm" - VİDEO


"Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və görürsən ki, burada xalqın heç bir təqsiri yoxdur". 

Bunu BBC Azəbaycancaya müsahibəsində yazıçı Əkrəm Əylisli deyib. O, deyib ki, hakimiyyət çalışmalıdır ki, bu problemləri yoluna qoysun: “Hakimiyyətə də imkan yaranmalıdır ki, bunları eləsin. Ziyalıları ətrafına yığmaq istəmədi. Axı Ziyalılar Forumu hakimiyyətə qarşı deyildi. Əvvəl forumun siyasi məqsədi yox idi, sonra o siyasi məqsəd ortaya çıxdı. Siyasi məqsəd də odur ki, hakimiyyət dəyişsin, yerinə başqası gəlsin. 
Açıq deyirəm, mənim belə bir niyyətim yoxdur. Bunu yıxsan başqası gələcək, nə bilirsən necə olacaq. Hakimiyyətə kimin gələcəyini bilsəm və inansam ki, bu adam Azərbaycanı yaxşı edəcək... 
Doğurdan da o vaxt hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər. Bakıya gəlməzdən 10 gün əvvəl mən Heydər Əliyevlə 4 saat söhbət eləmişəm. O mənimlə çox səmimi idi. Onun o zaman ola bilsin hakimiyyətə gəlmək planı var idi, amma ümidi yox idi. Olsa idi, mən onu hiss edərdim.
Mən həmişə Heydər Əliyevdən əsər yazmaq istəmişəm. Bu insanın bütün ağrı və acıları ilə, həyatı və uğurları ilə bağlı bir insan obrazını yaratmaq istəyirdim. Heydər Əliyev bir yazıçı üçün çox maraqlı obrazdır".

DİGƏR XƏBƏRLƏR

Top