UEFA açıqladı: "Qarabağ" bütün klubları geridə qoydu


Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikası açıqlanıb. 

Turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran təmsilçimiz "Qarabağ” öz göstəricisi ilə fərqlənməyi bacarıb.
Təsnifat mərhələsində ən çox künc zərbəsini Ağdam klubu yerinə yetirib. "Qarabağ” 39 dəfə künc zərbəsi vurub.
İlk beşlikdə isə "Qarabağ”dan başqa "Seltik” (Şotlandiya, 38), CFR Kluj (Rumıniya,35), "Srvena Zvezda” (Serbiya, 34) və "Ferençvaroş” (Macarıstan, 31) qərarlaşıb.
"Qarabağ” təsnifat mərhələsinin 6 oyununda çərçivəyə 25 zərbə endirib ki, bunlardan 8-i qol olub. (Offsideplus.az)

DİGƏR XƏBƏRLƏR

Top