Poroşenko 8 milyard dollarlıq pul oğurluğunda ittiham olundu


Ukrayna prezidenti hakimiyyətdə olduğu müddətdə ölkədən ən az 8 milyard dollar pul çıxarıb.

Bu barədə ABŞ-ın əslən ukraynalı olan milyarderi Sem Kislin “strana.ua” saytına verdiyi müsahibədə deyib.

“Təkcə mənə məlum olan faktlara görə, “Tsentrenerqo” dövlət şirkəti vasitəsilə 700-800 milyon dollar pul qaçırılıb”,-deyə milyarder deyib.

Sem Kislin Ukraynanın keçmiş lideri haqqında ABŞ-da Beynəlxalq Valyuta Fondundan alınan milyard dollarlıq kreditin “yeyilməsi”nə görə cinayət işinin açıldığını vurğulayıb.

S.Kislinin iddiasına əsasən, həmin pullar “heç də təyinatına uyğun xərclənməyib və üstəlik, guya kommersiya banklarını maliyyələşdirmək adı altında “naməlum ciblərə” axıdılıb.

“Bütün bunların hamısı Pyotr Poroşenkonun göstərişi ilə həyata keçirilib”,- deyə Sem Kislin qeyd edib.

Amerikalı iş adamı hazırkı baş prokuror Yuri Lutsenkonun vəzifədə qaldğı müddətdə keçmiş prezidentə qarşı heç bir cinayət işinin nəticələnməyəcəyinə əmin olduğunu bildirib.

“Onların hər ikisi xalqa deyil, ciblərinə işləyən quldurlardır və çox pul yoxa çıxarıblar”,-deyə o, sonda vurğulayıb.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top