Göyçayda toy karvanında qəza - Yaralılar var - FOTOLAR


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində toy karvanı qəzaya düşüb.

Hadisə Göyçayın Natavan küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, toy karvanında hərəkət edən  minik maşını qarşı tərəfdən gələn digər minik avtomobili toqquşub. Qəza nəticəsində  hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




(“Qafqazinfo”)

DİGƏR XƏBƏRLƏR

Top