Türkiyədə avtobus aşıb, ölən və yaralananlar var - VİDEO


Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusu aşıb, 1 nəfər ölüb 26 nəfər yaralanıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə vilayətin Biqa rayonunda baş verib. "Truva Turizm"ə məxsus avtobusun Atilla Topuz adlı sürücüsü qəzaya səbəb olduğu şübhəsi ilə saxlanılıb. Yaralılar Mehmet Akif Ərsoy Çanaqqala Dövlət Xəstəxanası və Biqa Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Biqa bələdiyyə sədri Bülənt Ərdoğan hadisə yerinə gələrək başsağlığı verib və yaralılara şəfa diləyib.
Qəza ilə bağlı istintaq başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top