Atambayevin qohumlarının evində axtarış - külli miqdarda pul tapıldı


Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin qudasının evindən külli miqdarda pul tapılıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə avqustun 8-dən 9-na keçən gecə Koy-daş kəndində baş verən iğtişaş faktları ilə bağlı Bişkekdə yaşayan Atambayevin oğlu Seyitbekin qayınatasının evində axtarış aparılıb. Axtrış zamanı Qırğızıstanın keçmiş prezidenti A.Atambayevin qudasının evindən külli miqdarda pul tapılıb. 
"Axtarış zamanı Seyitbek Atambayevin qayınatasının evində içərisində külli miqdarda vəsait olan çanta müsadirə edilib. Tapılan çantada 2,5 min dollar, insanların siyahısı, telefon nömrələri və yaşayış yerlərinə aid sənədlər, habelə ümumi məbləği 2 milyon 225 min somon ( təqribən 32 min dollar)  və 318 min dolar xərclədiyinə dair sənədlər tapılıb" – deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, faktla bağlı araşdırılma aparıldıqdan sonra bununla bağlı qərar veriləcək.
Qeyd edək ki, ötən gün Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevaya qarşı cinayət işi qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top