Şəhriyar Məmmədyarovun nə qədər pul qazandığı AÇIQLANDI


ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Grand Chess Tour 2019" şahmat turnirinin 4-cü mərhələsi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələni sonuncu - 10-cu sırada tamamlayıb.
Aralarında Şəhriyar Məmmədyarovun da olduğu dünyanın ən güclü 10 şahmatçısının - Norveçdən Maqnus Karlsen, Fransadan Maksim Vaşe-Laqrav, ABŞ-dan Fabiano Karuana və Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren və Yu Yanqi, Ermənistandan Levon Aronyan, Rusiyadan Sergey Karyakin və Macarıstandan olan Riçard Rapportun mübarizə apardığı turnirin qalibi  Ermənistan şahmatçısı Levon Aronyan olub.
Hazırkı dünya çempionu Maqnus Karlsen turniri 6-cı sırda tamamlayıb.
Turnirin qalibi olan Levon Aronyan 37 min 500 dollar qazanıb. Ən az xal toplayan Şəhriyar Məmmədyarovun qazancı isə 7 min 500 dollar olub.
Onu da bildirək ki, bundan əvvəlki Paris (27 iyul - 2 avqust) turnirində Şəhriyar Məmmədyarov yenə də 7 min 500 dollar, Zaqreb (24 iyun-9 iyul) turnirində isə 10 min dollar qazanıb.
Qeyd edək ki, Parisdə keçirilən "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsini Şəhriyar Məmmədyarov 15 xalla 8-ci pillədə başa vurub. Turnirin qalibi 21 xalla Maksim Vaşe-Laqrav olub.
Turnirin beşinci mərhələsi də Sent-Luisdə (avqustun 16-dan 30-dək) keçiriləcək. Yarışın sonrakı mərhələləri - noyabrın 4-dən 11-dək Buxarestdə, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Final mərhələsi isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.


 

DİGƏR XƏBƏRLƏR

Top