Müğənni Rəqsanənin qızı: "Anam mənə görə adam döydürüb"


"Mənim 21 yaşım var, 18 yaşımdan işləməyə çalışıram. İki dəfə nişanlı olmuşam. İkisi də 2 il çəkib. Bir vaxtlar dedilər ki, məni qaçırıblar. Məni heç kim qaçırmayıb. Elə hadisə olmayıb". 

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun deyib. 

O, anasının ona görə döydürdüyü adamlardan da danışıb: "Anam mənə görə adam döydürüb. Onlar buna layiq idilər, ailənin içi olan 3 nəfər idi. Mənə qarşı səhv hərəkət etmişdilər. Anam da onların payını verdirdi”.

İfaçı anası ilə prodüser Təranə Səmədova arasında bitməyən qalmaqala da münasibət bildirib: “Mən ancaq instaqramda varam. O vaxt odnoklasnikidə adıma səhifə açılmışdı və anamla nənəmin nömrəsi qoyulmuşdu. Anam şirkətin ofisinə getdi. Orada Təranənin şəkli çıxdı. Mənim 14 yaşım vardı. Mənə qarşı tərbiyəsizlik edilmişdi”. 

DİGƏR XƏBƏRLƏR

Top