"Mammad Amin Resulzadeh" gəmisilə toqquşan "Doric Warrior" gəmisinin sahibi kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, ötən gün tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovun "Palmali" şirkətlər qrupuna məxsus olan "Mammad Amin Resulzadeh" adlı gəmi Liberiya bayrağı altında üzən "Doric Warrior" adlı yük gəmisi ilə toqquşub. 
Yeniavaz.com xəbər verir ki, qəza ilə bağlı açıqlama verən Mübariz Mənsimov baş verən hadisə ilə bağlı araşdırmaların başladığını bildirib.
Qeyd edək ki, həm Mübariz Mənsimovun açıqlamalarından, həm də mətbuatda yer alan məlumatlardan belə görünür ki, "Mammad Amin Resulzadeh" ilə "Doric Warrior" adlı yük gəmilərinin toqquşmasının təsadüf olmadığını düşünənlər var.
Məlumat üçün bildirək ki, Liberiya bayrağı altında üzən "Doric Warrior" gəmisi "Mammad Amin Resulzadeh" gəmisindən 12 yaş "gəncdir". "Doric Warrior" 2010-cu ildə dünyanın ən böyük gəmiqayırma zavodlarından olan Çinin "Çzinlin" zavodunda hazırlanıb.
Onu da qeyd edək ki, "Çzinlin" zavodu inşa etməkdə olduğu "Tintanik -2" adlı gəmi ilə dünya mediasının gündəminə gəlib. "Tintanik -2" gəmisi 1912-ci ildə batan "Tintanik " gəmisinə bənzər şəkildə inşa olunur. İnşasına 2012-ci ildən inşasına başlanılan gəminin 2022-ci ildə hazır olacağı bildirilir. Bildirilir ki, "Tintanik -2"nin də ilk səfəri 1912-ci ildə "Tintanik" etdiyi Sautqempton (Britaniya) - Nyu-York (ABŞ) marşrutu üzrə olacaq. Artıq 40 mindən çox insan həmin gəmidə səyyahət etmək üçün müraciət edib.
"Çzinlin" zavodunda hazırlanan  "Doric Warrior" yük gəmisi də təxminən "Tintanik -2" böyüklükdədir. "Doric Warrior"un uzunluğu 230 metr, eni isə 38 metrə bərabərdir. Çəkisi  51,2 min  ton olan "Doric Warrior" gəmisi Atlantik okeanı sahilində yerləşən Liberiyanın paytaxtı Monroviyadakı limanda qeydiyyatdadır. Gəminin sahibi isə Yunanıstana (Afina) məxsus "Chios Naviqation Hellas" şirkətidir.
"Doric Warrior" son səfərini ABŞ-da Ukraynaya həyata keçirirmiş. Türkiyə mətbuatının yazdığına görə özündən 2 dəfə kiçik (uzunluğu 129, eni 16,5 metr)  "Mammad Amin Resulzadeh" gəmisi ilə toqquşduqdan sonra "Doric Warrior" sahilə çəkilərək texniki baxışdan keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top