Gürcüstanda üç qadın turist itkin düşüb

Gürcüstanın Svaneti bölgəsində Belarus vətəndaşı olan üç turist itkin düşüb.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Hadisə Tetnuldi dağ-xizək kurortu ərazisində baş verib. Onların qadın olduqları bildirilir.

Belarus vətəndaşlarının axtarışları istiqamətində tədbirlər həyata keçirilir. Səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Sərhəd Polisinin helikopterinin cəlb olunacağı planlaşdırılır.//Report

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top