"Zirə" "Parma"nın sabiq futbolçusunu icarəyə götürüb


“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. 

Yeniavaz.com klubun rəsmu "facebook" səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Alvaro Ampuero ilə anlaşıb. 

27 yaşlı müdafiəçi “Universidad San Martín” klubundan 1 illik icarəyə götürülüb.

Perulu futbolçu bundan öncə “Universitario de Deportes”(Peru), “Parma” (İtaliya), “Padova” (İtaliya), “Salernitana” (İtaliya) və “Universidad San Martín” (Peru) klublarında çıxış edib. 

Qeyd edək ki, Ampeuro Peru yığmasının heyətində 9 oyunda meydana çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top