Fransada müsəlmanlara qurbanlıq satanları polisə şikayət edirlər - VİDEO


Fransada əvvəllər müsəlmanlara qurbanlıq satmış fermer cütlük artıq bunun qadağan edildiyini və hətta buna yol verənlərin qonşuları tərəfindən polisə şikayət edildiyini bildirib.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, Maqali və Klaudi Noli cütlüyü, əvvəllər satmaqla yanaşı həmçinin istəyən müsəlmanlara fermada heyvanları kəsmək icazəsi də verdiklərini deyirlər. Onlar bildirirlər ki, bu proses əsl festival havasında keçirmiş. Lakin daha sonra onlar polisin də xəbərdarlığı ilə bu işə son verməli olublar. Çünki artıq uzun müddətdir ki, Fransada müsəlmanlara qurbanlıq heyvan satmaq qadağandır. Cütlük, gizli yolla qurbanlıq satanların isə çox vaxt qonşuları tərəfindən polisə şikayət edilməsi ilə nəticələndiyini bildirir.
Qeyd edək ki, Fransada təyin edilmiş yerlər xaricində qurbanlıq heyvan kəsənləri 6 aya qədər həbs və 15 min avro pul cəzası gözləyir. Avtomobilində canlı qurbanlıq heyvan daşıyan şəxslərə isə 750 avroya kimi cəzalar tətbiq edilir.
Fransada qurbanlıq kəsməyin yeganə üsulu, dövlətin təyin etdiyi 3 mərkəzdən biri ilə əlaqə yaradaraq qurban kəsimi üçün sıra növbəsi almaqdır. Bu zaman şəxs, kəsdirmək istədiyi heyvanın növünü və çəkisini həmin quruma bildirir. 4 bayram günü müddətində isə təyin olunmuş sırada qurban müsəlman şəxsin önündə kəsilir. Bu zaman şəxsə sadəcə qurbanlığın əti verilir. Dərisi və artıq hissələri isə heyvanın kəsildiyi yerdə qalır. İstəyən qurbanının kəsilməsini canlı olaraq evindən də izləyə bilər.
Ancaq bütün bunlara baxmayaraq Fransada ənənəvi üsullarla qurban kəsənlər də az deyil.

DİGƏR XƏBƏRLƏR

Top