Şiddətli külək səbəbilə qırılan ağac insanların üzərinə düşüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda güclü küləyin ağacı aşırması nəticəsində bir nəfər yaralanıb, iki nəfər isə son anda qurtulub. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib. Baş verən hadisə yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerasına yansıyıb.