İran əsilli Həkimzadə ABŞ-ın ən böyük hərbi gəmilərindən birinin komandiri oldu


ABŞ-ın ən böyük təyyarədaşıyan gəmilərindən olan "USS Harry S. Truman"ın komandanlığına İran əsilli Kavon Həkimzadə gətirilib.
Yeniavaz.com ABŞ-ın "pilotonline.com" saytına istinadla xəbər verir ki, Amerikanın İranla əlaqələrinin kəskinləşdiyi bir dövrdə Həkimzadənin bu vəzifəyə gətirilməsi bəzi sualların yaranmasına səbəb olub. Belə ki, Kavon Həkimzadənin kapitanı olduğu təyyarədaşıyan gəminin, hazırda Fars Körfəzində ABŞ ordusunun təhlükəsizliyini təmin edən eyni tipli "USS Abraham Lincoln" adlı gəmini əvəzləmə ehtimalı var.
K. Həkimzadə isə elə bir təlimat üçün özünün və heyətinin hər an hazır olduğunu bildirib və bunun ilk olmayacağını vurğulayıb.
Qeyd olunur ki, K. Həkimzadə 1968-ci ildə ABŞ-ın Texas ştatında dünyaya göz açıb. Anası amerikalı, atası iranlı olan Kavon körpə ikən ailəsi ilə birgə irana köçsə də, 1979-cu ildə ölkədə baş verən İslam İnqilabı zamanı yenidən ABŞ-a üz tutub.
Burada dənizçiliyə yönələn K. Həkimzadə artıq ABŞ-ın iri təyyarədaşıyan gəmilərindən "USS Harry S. Truman"ın kapitanıdır. Onu da bildirək ki, ABŞ adətən bu tipli gəmiləri münaqişə yaşadığı ölkələrə gözdağı vermək üçün onların yaxınlığına yerləşdirir. "USS Abraham Lincoln" adlı gəmi də, İran ABŞ-a məxsus pilotsuz təyyarəni vurduqdan sonra bu məqsədlə körfəzə yerləşdirilmişdi.
İraq və Əfqanıstan müharibələrində də iştirak etdiyini qeyd edən Həkimzadə yeddi fərqli gəmi ilə 8 dəfə əməliyyat yerinə yetirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top