Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisilə üz-üzə gəldi - NƏTİCƏLƏR


ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Grand Chess Tour 2019" şahmat turnirinin 4-cü mərhələsində  oynayan Şəhriyar Məmmədyarov növbəti turda erməni şahmatçı Levon Aronyanla üz-üzə gəlib və məğlub olub.
Yeniavaz.com xəbər verir ki,  aralarında Şəhriyar Məmmədyarovun da olduğu dünyanın ən güclü 10 şahmatçısının - Norveçdən Maqnus Karlsen, Fransadan Maksim Vaşe-Laqrav, ABŞ-dan Fabiano Karuana və Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren və Yu Yanqi, Ermənistandan Levon Aronyan, Rusiyadan Sergey Karyakin və Macarıstandan olan Riçard Rapportun mübarizə apardığı turnir sabah başa çatacaq.
Mükafat fondu 150 min dollar olan turnirdə ən az xalı Şəhriyar Məmmədyarov toplayaraq sıralamada sonuncu olub. 11 turdan sonra , Maksim Vaşe-Laqrav 17,5 xalla birinci, Levon Aronyan 17 xalla ikinci sırada yer alıb. Hazırki dünya çempionu Maqnus Karlsen isə 12,5 xalla 7-ci sırda dayanır.
Qeyd edək ki, Parisdə keçirilən "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsini Şəhriyar Məmmədyarov 15 xalla 8-ci pillədə başa vurub. Turnirin qalibi 21 xalla Maksim Vaşe-Laqrav olub.
Turnirin beşinci mərhələsi də Sent-Luisdə (avqustun 16-dan 30-dək) keçiriləcək. Yarışın sonrakı mərhələləri - noyabrın 4-dən 11-dək Buxarestdə, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Final mərhələsi isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top