Bu gün "Tofiq Bəhramov" tam dolacaq – 30 min azarkeş


Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – APOEL matçında tribunaların tam dolacağı gözlənilir.

Ağdam klubu dünən saat 17.00-a kimi satışa çıxarılan biletlərin 24 mininin satıldığını açıqlamışdı. Yerdə qalan 6 min biletin isə bu gün oyun başlanana kimi tam satılıb bitəcəyi, beləliklə, stadiondan matçı 30 min azarkeşin canlı izləyəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib. (Qol.az)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top