Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu 35 yaşında tələbə adını qazanıb.
Yeniavaz.com BAKU.WS-ə istinadla xəbər verir ki, o, Azərbaycan Milli Konservatoriyasının Estrada sənəti ixtisasına daxil olub.
Həm yazılı, həm də qabiliyyət imtahanından yüksək bal toplayan virtuoz ifaçı imtahanın nəticələrini sosial şəbəkədə hər kəslə bölüşüb:
“Tələbə adını qazanmaq mənə də qismət oldu. 35 yaşımın olmasına baxmayaraq, istədim ali savadlı musiqiçi olum. Allaha şükürlər olsun. Tələbə adı qazanan hər kəsi təbrik edirəm”.