"Allah sözünü dilə gətirmək olmazdı" - Baloğlan Əşrəfov AzTV-dəki qadağadan danışdı - VİDEO


Əməkdar artist Baloğlan Əşrəfov sovet dövründə efirlərdə dini sözlərə olan qadağadan söz açıb.

Müğənni AzTV-nin "Səhər görüşləri" proqramında "Uçan quşlar" mahnısının sözlərinə görə məruz qaldığı senzuradan keçmədiyini xatırlayıb: 
"Bütün musiqi aləmi bilir ki, mən "Uçan quşlar" mahnımı efirdə ilk dəfə təxminən 1982-ci ildə dövlət televiziyasındakı oxumuşam. O zaman mahnını ifa edərkən qəribə bir hadisə baş verdi. "Sizi and verirəm o etdiyiniz ziyarətə" sözlərini oxuyanda məni saxladılar. Soruşdular ki, hansı ziyarətdən danışırsan? Dedim, Kərbəla, Məşhəd ziyarətindən.
Məni mahnının sözlərini dəyişməyə vadar etdilər. Sovet hökuməti dağılan kimi sözləri qaytardım. O vaxt dini sözlərə pis baxırdılar. Allah sözünü dilə gətirmək olmazdı".


(Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top