Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin təməlqoyma mərasimi keçirilib - FOTO


Mingəçevirdə Dövlət rəmzləri muzeyinin təməlqoyma mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir ki, mərasimdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ictimaiyyət və KİV nümayəndələrinin iştirak edib. Mərasimdə çıxışı zamanı bir dövləti digərlərindən fərqləndirən onun simvol və rəmzlər olduğunu bildirən İ. İsmaylov deyib: “Bu mənada, azərbaycançılıq əsrlər boyu Azərbaycan dövlətinin özünəməxsusluğunu səciyyələndirən rəmzlərlə sıx bağlıdır. Azərbaycan dövlətçiliyi bərpa olunan kimi onun yaradıcıları dövlətin milli əlamətlərini əks etdirəcək özünəməxsus rəmzlərin təxirəsalınmadan yaradılması işinə başladılar. Milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ülvi arzularını lakonik, bədii obrazlı dildə ifadə edən mühüm amillər-rəmzlər, bayraq, gerb və himndir. Bundan başqa, dövlətin pulu, həmçinin, təsis etdiyi orden və medallar da onun atributları hesab olunur. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir".
Daha sonra şəhərin “Dostluq” parkı ərazisində inşa edilən muzey barədə məlumat verənİ. İsmayılov dedi: “Biz burada Dövlət rəmzləri muzeyi yaradırıq. Burada iki mərtəbəli müasir bir muzey olacaq. Muzeydə təkcə bayraq olmayacaq Azərbaycan dövlətinin tarix boyu nə qədər rəmzləri olubsa burada əksini tapacaq. Muzeydə xüsusi bir otaq olacaq ki, orada orta məktəblərdə, eləcə də gənclərimiz Azərbaycan tarixi ilə Azərbaycanın dövlət rəmzləri ilə əyani tanış olmaq üçün istifadə edə biləcəklər. Əsas məqsədimiz Azərbaycan dövlətinin milli mənəvi dəyərlərini yaşatmaq eləcədə dövlət rəmzlərimiz barədə əhalini xüsusilə də gəncləri məlumatlanması üçündür.Bu ulu öndərimizin tövsiyyələrinə uyğun bir addımdır”.
Daha sonra ictimayyət  və KİV nümayəndələrinin iştirakı ilə parkda aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərinə baxış keçirilib. Parkda sürətlə aparılır.
Bildirilir ki, Mingəçevirdə bundan sonra da şəhərin giriş qapısı ərazisində “Seyrəngah” istirahət güşələri yaradılacaq. Bu istirahət güşəsi də o ərazidə yaşayan əhali üçün nəzərdə tutulub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top