Gürcüstanda mitinqlərə səbəb olan rus deputat ölkəyə buraxmayacaq


Gürcüstanın Daxili işlər naziri Georgi Qaxaria ölkədə böyük etirazlara əsas səbəbkarı sayılan Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun bir daha ölkə ərazisində buxarılmayacağını bəyan edib:

“Əgər Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov bir daha Gürcüstana gəlmək istəsə, onu ölkəyə buraxmayacaqlar”.

“Novaya qazeta”ya müsahibəsində Qavrilov isə bildirib ki, Gürcüstana bir daha getmək istəyir, sadəcə istilərin səngidiyi vaxtda – payızda və ailəsi ilə getməyi planlaşdırır.

“İstəyirəm ki, uşaqlarım bu ölkəni tanısınlar, çünki bizim Gücüstan kimi ikinci başqa ölkəmiz yoxdur”, - gəlişi ilə Gücüstanda etiraz aksiyalarına səbəb olan deputat deyib.

Bu gün etirazçılar maşın karvanı ilə Tbilisinin mərkəzindəki Respublika meydanından hökumət binasınadək yürüş edərək yenidən Georgi Qaxariyanın istefasını tələb ediblər.

Axşama doğru güclü yağış yağmasına baxmayaraq, Tbilisi sakinləri etirazları davam etdirirlər.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.

İyunun 21-də Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkədə baş verən son hadisələr fonunda tutduğu vəzifədən istefa verdi. İyunun 25-də Arçil Talakvadze parlamentin yeni sədri oldu.

Gürcüstanın hakim partiyasının iyunun 24-də verdiyi qərara görə, Gürcüstanda 2020-ci il parlament seçkiləri proporsional sistemə uyğun həyata keçiriləcək.

Beləliklə, bir neçə gün davam edən aksiyalardan sonra etirazçıların 4 əsas tələbindən üçü - parlament sədrinin istefası, seçkilərin proporsional qaydada növbədənkənar keçirilməsi və aksiya zamanı saxlanılanların azad edilməsi - yerinə yetirilib. Gürcü müxalifətinin daha bir tələbi - Daxili işlər nazirinin istefası - isə təmin olunmadığından onlar aksiyaları davam etdirirlər.//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top