Azərbaycanlı Ukraynada qəza törətdi - Əfsanəvi futbolçunun tanınmış həyat yoldaşı öldü


Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşı ölümlə nəticələnən qəza törədib.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün yerli vaxtla saat 20:05-də qeydə alınıb.

Belə ki, 44 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi “Mercedes” markalı avtomobillə 77 yaşlı Lyubov Rassıxinanı vurub. Qadın hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Lyubov Rassıxina Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşıdır. Ölən qadın gimnastika üzrə beynəlxalq dərəcəli hakim olub.

DİGƏR XƏBƏRLƏR

Top