Kartof, soğan və kələmin gömrük rüsumları artırıldı - Yeni tariflər​


Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb. 
Yeniavaz.com-un məlumatına görə, kartof, soğan və kələmə tətbiq edilən gömrük rüsumlarının dərəcəsi artırılıb. Belə ki, kartofa tətbiq edilən ixrac gömrük rüsumu bu ilin 30 aprel tarixinədək 1 kq üçün 1 dollar, (əvvəl 0,8 dollar), soğana və kələmə tətbiq edilən ixrac gömrük rüsumu bu ilin 30 may tarixinədək 1 kq üçün 2 dollar (əvvəl 0,6 dollar) olacaq.

DİGƏR XƏBƏRLƏR

Top