Səyahət zamanı üzərimizdə hansı dərman vasitələrini götürməliyik?


Yay gəlir və özü ilə bəzi xoşagəlməz hallar da gətirir. Məsələn, -arı sancması -böcək dişləməsi -zəhərlənmələr -gəzintilərdə əzilmələr və s. Bundan başqa qaynar çayn, xörəyin dağılması hər zaman ola bilir, hərarət həmişə yüksələ bilir, hər hansı qidadan allergiya yaxud zəhərlənmə hər yerdə baş verə bilər. Bütün bunlar bir az ucqar yerdə olunca tədirgin olursan və nə edəcəyini bilmirsən. Əsas məqamlara toxunaq. Evimizdə və evdən çıxıb uzağa gəzintiyə gedərkən yanımızda hansı dərmanlar olmalıdır: - Deksametazon -Dimedrol və ya Suprastin (ampul) -Analgin -Novokain -Parasetamol tablet və şam -Noşpa ampul və tablet - Salbutamol tablet -Smekta və ya aktiv kömür -Furazolidon tablet -Lineks forte -Karvalol damcı -Hidrokortizon məlhəm -Tetrasiklin göz üçün məlhəm və ya Tobramisin damcı -Triderm məlhəm -Levomikol məlhəm -Betadin -3%-li perekis -70%-li spirt -Zelyonka -sıxıcı elastik bint -steril bint və qeyri steril bint -pambıq -spirinsovka -böyük imalə -şprislər.... Nə çox oldu deməyin..bunlar ən vacibləridir. Əgər daimi qəbul edilən dərman varsa, onu götürməyi yaxud gedərkən almağı unutmayın."Gedib oralarda alarıq " deməyin, gedirsiniz və olmur. (məsələn şəkərli diabeti yaxud epilepsiyası olan uşaqlar üçün) Əgər bir böcək və ya arı dişlədisə və böyük allergik reaksiya gördünüzsə deksametazon və dimedrol əzəl daxili vurulmalıdır. Yerli bərkimiş qaşınan ödemlərdə hidrokortizon məlhmi, infeksiylaşan yerdə isə levomikol məlhəmi istifadə edin. Qida allergiyalarında əvvəl smekta, aktiv kömür, sonra suprastin tablet yaxud inyeksiyasını istifadə edin. Əgər bir yeri sıyrılmış zədəlnmşsə əvvəl perekislə yumaq, sonra betadinlə işləmək sonra levomikol sürtüb steril bintlə bağlamaq lazımdır. Əgər qaynar bir şeydən yanıq oldusa yağ tökmək olmaz. 15-dq soyuq suyun altında saxlamaq. sonra novokaini tökmək üzərinə. Hərarət yüksək rəqəmlərə çatanda hər kəsin bildiyi tədbirləri etmək olar , soyuq su ilə silmək isə olmaz.ilk seçim parasetamol, son seçim isə litik qarışıq ( analgin novokain dimedrol) Qız uşaqları tez tez sistit ola bilir. gecə yarısı da ayılıb göynəmədən ağlaya bilər. bu zaman furazolidon köməyinizə çatar. Qidalardan yaxud sudan, siyuqlamadan, dəniz suyundan belə dispepsiya ,ishal qusma ola bilir. Smektanı unutmayın. mədəni yuya bilməsnizdə imalə edə bilrəsiniz. Unutmayın, parasetamol, ibuprofen kimi hərarətsalıcılar həm də ağrıkəsicidir, dişağrısı başağrısı zamanı. Noşpa isə mədə-bağırsaq və sidik sistemi ağrılarında effektivdir. Burun qananasında uşağın başını arxaya deyil,önə əycəksiniz.və üstdən bir neçə dəqiqə sıxıb saxlayacaqsnız. topuq burxulması zamanı səkkizvarı sıxıcı sarğı üçün sıxıcı bintdən yaxud adi kətan yaylıqdan istifadə edə bilərsiniz . Bunları ilk olaraq siz edə bilərsiniz, gerisini həkimlərə etibar edin. (sehiyye.az)

DİGƏR XƏBƏRLƏR

Top