Nazirdən tələbələrə müjdə: "Təqaüdlərinin artımı üçün 25 milyon manat ayrılacaq"


Tələbələrə verilən təqaüdlərin artırılması nəticəsində ilkin hesablamalara əsasən, dövlət büdcəsindən təxminən 25 milyon manat əlavə vəsait ayrılacaq.

Bunu təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair mətbuat konfransında deyib. 

Nazir bildirib ki, müvafiq sərəncamlar Təhsil Nazirliyinin, digər dövlət qurumlarının tabeliyində olan, eyni zamanda özəl ali təhsil müəssisələrində oxuyan və akademik göstəriciləri müvafiq normalara uyğun olan tələbələrə də şamil edilir. 

Nazir onu da qeyd edib ki, 16 min təqaüd yerinin ixtisaslar üzrə bölgüsü bir ay ərzində Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

O, bildirib ki, Nazirlər Kabinetinin tapşırığı ilə ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 min artırılması ilə bağlı artıq ilkin təkliflər var. 

Nazir qeyd edib ki, təkliflər hökumət tərəfindən təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. (Musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top