"Bakcell" yalnız YAP üzvlərinə “gold” nömrə satır


"Bakcell" Məhdud Məsuliyyətli Cəmiyyətinin biznes tarifli nömrələri (əvvəlki adı ilə “gold” nömrələr) satın alınarkən müştərilərdən Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqəsi tələb olunur.
Məsələyə aydınlıq gətirmək məqsədilə Yeniavaz.com "Bakcell"in müştəri xidmətlərilə əlaqə saxlayıb. Müştəri xidmətlərindən isə bildirdilər ki, biznes tarifli nömrələr yalnız dövlət qurumlarında çalışan və "Bakcell" MMC ilə bu sahədə əməkdaşlıq edən şirkətlərin üzvlərinə verilir.
"Bu halda isə şəxsiyyət vəsiqəsi ilə yanaşı YAP vəsiqəsi və ya vergi ödəyicilərinin edintifikasiya nömrəsi – VÖEN ilə satış məntəqələrinə yaxınlaşmaq şərtdir. Biznes tarifli nömrələr yalnız bu halda satılır", - deyə "Bakcell"in müştəri xidmətlərindən bildirdilər. 

DİGƏR XƏBƏRLƏR

Top